Rusiyanın tanınmış azərbaycanlı hüquqşünası Elman Paşayev Ukraynada davam edən hərbi əməliyyatlar zamanı növbəti dəfə yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə SHOT Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, Paşayev Marinka yaxınlığında avtomobillə hərəkətdə olarkən atəşə məruz qalıb.
Onun sözlərinə görə, ona qapalı kəllə-beyin travması, beyin silkələnməsi, döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.
Paşayev uzun müddət xəstəxanada qalmayacağını söyləyib.
Qeyd edək ki, E.Paşayev bundan öncə də Ukraynada müharibədə yaralanmışdı.