Tanınmış aparıcı Jalə Həsənova “İdrak liseyi”ndə İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri təyin olunub.
AzerTimes xəbər verir ki, bu barədə aparıcı Jalə Həsənova özü məlumat yayıb.
“Artıq bir neçə müddətdir ki, “İdrak liseyi”ndə İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri kimi fəaliyyət göstərirəm. Mənim üçün yeni və çox maraqlı olan bu sahədə öz təcrübəimi bölüşür, peşəkar insanlardan yeniliklər öyrənirəm. Mediadan uzaqlaşmamışam. Konfranslar və forumlardakı moderatorluğum, həmçinin, nitq təlimlərim davam edir”, – o bildirib.
Qeyd edək ki, bir neçə ay əvvəl Jalə Həsənova İctimai TV-dən ayrılıb.