İctimai TV-nin tanınmış aparıcısı Jalə Həsənova televiziya fəaliyyətinin 10 illiyində adı çəkilən kanaldan ayrılıb.
Bu barədə AzerTimes-a aparıcının özü məlumat verib.
O bildirib ki, hazırda məzuniyyətdədir:
“Yeni işə başlayacağımla bağlı hələ heç nə deyə bilmərəm. Hazırda məzuniyyətdəyəm. Çalışacağam ki, yenidən tamaşaçıların görüşünə gəlim”.
Qeyd edək ki, hər kəsin sevimlisinə çevrilən Jalə Həsənli 44 günlük Vətən müharibəsi zamanı ağlayaraq tamaşaçılara torpaqlarımızın işğaldan azad olunması xəbərini vermişdi.