Xəbər - Ləman Zeynalova: Trend:
Hazırda Trans-Anadolu boru kəməri (TANAP) ilə hidrogen
qarışığının nəqli imkanları tədqiq olunur.
Trend-in məlumatına görə, bunu TANAP-ın baş
direktoru Saltuk Düzyol onlayn mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, texniki baxımdan TANAP-la nəql olunan təbii
qazın tərkibində hidrogenin həcmi 2 faiz səviyyəsində ola bilər.
Bununla belə, müvafiq qərar tədarükçülər və alıcılar tərəfindən
qəbul edilməlidir.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi İbrahim
Əhmədov öz növbəsində əlavə edib ki, Trans-Adriatik qaz kəməri
(TAP) konsorsiumunda da bu məsələ öyrənilir.
“Ümid edirəm ki, yaxın zamanlarda bu sahədə müəyyən planlar
hazırlana bilər”, – deyə o bildirib.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Ləman Zeynalova)