ABB Ramazan bayramına özəl olaraq yeni kampaniyaya başlayıb.
Kampaniya müddətində TamKartla toplam və ya birdəfəlik 200 manat və
daha çox məbləğdə alış-veriş edən müştərilər ABB mobile və ya
veb portalda
oxutduqları ƏDV çeklərində üçqat qazanc əldə edəcəklər.
Bütün TamKart sahibləri bu kampaniyadan yararlana bilər. Bunun
üçün ABB mobile tətbiqinə daxil olub “Qoşul” düyməsini seçmək
lazımdır. Bir müştəri kampaniya zamanı maksimal 15 manat əlavə
qazanc əldə edə bilər. Ətraflı məlumatı
buradan əldə etmək olar.
Fürsətlər bununla bitmir. Kampaniya dövründə TamKart VISA
Classic Debet və TamKart Mastercard Standart Debet kartlarını
hesaba cəmi 200 manat mədaxil etməklə pulsuz almaq mümkündür.
Kampaniya 3 maya qədər davam edəcək.
TamKart eyni vaxtda həm debet, həm də kredit kartı funksiyasını
özündə birləşdirən kartdır. Bu kart müştərilərə bankla tərəfdaş
məkanlarda 24 ayadək hissə-hissə ödəniş və keşbək imkanları
yaradır. Üstəlik, ABB-nin ATM-lərində 15 000 manatadək TamKart
debetlə nağdlaşdırmaya görə heç bir komissiya haqqı tutulmur.
TamKartın üstünlükləri haqqında ətraflı məlumatları buradan əldə etmək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.