Tamaşaçı emosiyası yarışlar vaxtı idmançılara çox kömək olur – AGF-nin idman direktoru

Biz çox şadıq ki, Milli Gimnastika Arenasında keçirilən
yarışlarda tamaşıçar iştirak edir, çünki bu mühit, tamaşaçı
emosiyası idmançılara yarışlar vaxtı çox kömək olur.

Trend-in
məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF)
idman direktoru Natalya Bulanova deyib.

O qeyd edib ki, AGF artıq altıncı dəfədir ki, idman gimnastikası
üzrə Dünya Kubokunu təşkil edir.

“Bu yarışların keçirilməsi bizim üçün ənənəyə çevrilib. Bu Dünya
Kubokunda 34 ölkədən 145 idmançı iştirak edir. İştirakçı sayının bu
qədər çox olması bizi sevindirir, biz onları Bakıda qəbul etməkdən
məmnunuq”, – N.Bulanova deyib.

Baş direktor əlavə edib ki, Azərbaycan gimnastları Dünya
Kubokunun əvvəlki mərhələlərində yaxşı nəticələr göstərib və finala
çıxıb.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika
Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku
keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü
beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145
idmançı qüvvəsini sınayacaq.

Dördgünlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü
isə final mərhələləri baş tutacaq. Turnirdə, həmçinin, ən yüksək
icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da
təqdim olunacaq.

Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər),
Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik),
İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar,
turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (halqa), Samirə
Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst
hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar,
gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edirlər.

2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş Dünya
kubokunun 3 mərhələsinin ardınca Bakıda təşkil ediləcək Dünya
kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən 4 yarışda
göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara
ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim ediləcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: