Xəbər - Samir Əli – Trend:
Tərtər rayonunda silah-sursat aşkar edilib.
DİN-in Mətbuat Xİdmətinin Bərdə regional qrupundan AzerTimes-a
verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları
tərəfindən işğaldan azad edilmiş ərazilərdə erməni hərbi
birləşmələrinə məxsus tərk edilmiş silah-sursatın toplanması
istiqamətində tədbirlər davam etdirilir.
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların
hərbi qulluqçularının keçirdiyi növbəti tədbirlər zamanı Talış
kəndi istiqamətində tərk edilmiş hərbi mövqedən silah-sursat aşkar
edilib. Tapılan 1 pulemyot, 2 qumbara və 3000-dən artıq patron
aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.