Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun evinin polislər tərəfindən qorunmasına son qoyulub.
AzerTimes Ovqat.com-a istinadla xəbər verir ki, Talıbovun evinin dövlət əhəmiyyətli obyekt kimi mühafizəsi dünəndən dayandırılıb.
Bildirilib ki, Vasif Talıbovun malikanəsi indiyədək 9 polis tərəfindən növbəli şəkildə mühafizə olunurdu. Hər 2 gündən bir 3 polis əməkdaşı növbə dəyişirdi.
Dünəndən isə onun evinin qarşısındakı polis postu ləğv olunub. Evinin qarovulçuları dünən Naxçıvan şəhər Polis İdarəsinin Post-Partul Xidmətinə çağırılıb və onlara artıq qanuni iş yerlərinə qayıtmaları barədə göstəriş verilib. Əmr Post-Patrul Xidmətinin komandiri Hümbət Allahverdiyev tərəfindən rəsmən elan olunub.