Talıbovun deputat səlahiyyətlərinə xitam verilir? – Açıqlama

Talıbovun deputat səlahiyyətlərinə xitam verilir? – Açıqlama

İntizam komissiyası Milli Məclisdə və iclaslarda intizamsız hərəkət edən deputatlarla məşğul olur.

AzerTimes xəbər verir ki, bu sözləri Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun deputat səlahiyyətlərinə xitam veriləcəyi ilə bağlı iddiaları Teleqraf.com-a şərh edərkən deyib.

“Bu adam Naxçıvanda Ali Məclisin sədri idi. Hər vaxt gəlib-gedə bilmirdi, işləri olurdu. Buna görə də, o, bir növ icazəli şəxs idi. Bu baxımdan onun parlamentin iclaslarına gəlib-getməsinin İntizam komissiyasına aidiyyəti yoxdur. Bundan sonra nə olacaq, onu bilmirəm. Gələcək hər şeyi göstərəcək. Hələlik bu məsələ müzakirə predmeti deyil”, – deyə E.İbrahimov bildirib.

Teqlər: