Əfqanıstan ərazisində müharibə başa çatıb, Kabil üzərində nəzarəti ələ keçirən “Taliban” hərəkatı yaxın zamanda ölkədəki idarətemə formasını müəyyən edəcək.
AzerTimes-ın məlumatına görə, bunu “Əl Cəzirə” telekanalına müsahibəsi zamanı taliblərin Qətərdəki siyasi ofisinin rəsmi nümayəndəsi Məhəmməd Naim deyib.
M.Naim bildirib: “Əfqanıstanda müharibə başa çatıb. Biz ölkəmizin və xalqımızın müstəqilliyinə nail olduq”.
Onun sözlərinə görə, yaxın zamanda “Taliban” ölkədəki idarətemə formasını müəyyən edəcək: “Biz ölkənin təhlükəsiz və korrupsiyadan uzaq olmasını istəyirik”.
Xatırladaq ki, “Taliban” ötən gün Əfqanıstanın paytaxtı Kabulu döyüşsüz ələ keçirib. Prezident Əşrəf Qani ölkəni tərk edib.