Əfqanıstanda hakim Taliban hərəkatının nümayəndələri ilə İran sərhədçiləri arasında atışma baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Sputnik Əfqanıstan məlumat yayıb.
“İnsident Əfqanıstanın Zərənc şəhəri yaxınlığındakı “Abrişem” körpüsündə baş verib. İranlılar qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan iki yük maşınına atəş açıblar. Avtomobillərdən biri uzaqlaşa bilsə də, ikinci maşın saxlanılıb. İranlı sərhədçilər avtomobildəki sürücünü döyüblər. Taliban nümayəndələri də iranlı sərhədçilərə atəş açaraq cavab verib. Atışma bir saatdan çox davam edib. Daha sonra tərəflər danışıqlara başlayıb”, – məlumatda deyilib.