İran-Əfqanıstan sərhədi quru və sərhəd qoşunlarımızın nəzarəti altındadır.
AzerTimes xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Kəyumərs Heydəri deyib.
“Sərhədin təhlükəsizliyi tam təmin olunub. Qarşı ölkə qaydalara riayət edərsə, qarşılıqlı hörmət görəcək, əks təqdirdə onlarla başqa cür danışacağıq”, – Heydəri bildirib.
Qeyd edək ki, ötən gün İran və Əfqanıstan sərhədçiləri arasında toqquşma olmuş, hər iki tərəfdən itkilər qeydə alınmışdı. Axşam saatlarında isə tərəflər hadisəni yerində araşdırmaq üçün əraziyə birgə qrup göndərmək qərarı vermişdilər.