Xəbər - Orxan Nəbiyev – Trend:
Əfqanıstanda “Taliban” hərəkatı tərəfindən formalaşdırılmış müvəqqəti hökumətin bir qrup nümayəndə heyəti Özbəkistana səfər edib.
Trend-in məlumatına görə, nümayəndə heyətinə müvəqqəti hökumətin baş nazirinin müavini Abdul Salam Hənəfi rəhbərlik edir.
Qeyd olunur ki, səfər zamanı Termez şəhərində Özbəkistan baş nazirinin müavini Sərdor Umurzakovla görüşdə ikitərəfli ticari-iqtisadi əməkdaşlıq, təhlükəsizlik və digər məsələlər müzakirə olunacaq.
Xatırladaq ki, bir neçə gün əvvəl müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Müttəkinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər etmiş və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşmüşdü.