Taliban nümayəndə heyəti Əfqanıstana humanitar yardım cəlb etmək
üçün bazar günü Qətərin paytaxtı Dohaya səfər edib.
Trend xəbər verir ki, Talibanın Xarici İşlər Nazirliyinin
Twitter-də yaydığı məlumata görə, nazir Əmir Xan Müttəqinin
başçılıq etdiyi nümayəndə heyəti Dohada Aİ, Körfəz ölkələrinin
diplomatik missiyaları və rəsmiləri ilə görüşəcək.
Qeyd edək ki, Taliban hökuməti hələ heç bir ölkə tərəfindən
rəsmi tanınmayıb. BMT Əfqanıstanın 38 milyon əhalisinin yarısının
qida çatışmazlığı ilə üzləşdiyini bildirir.