Xəbər - Orxan Nəbiyev – Trend:
Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatının nümayəndəri ilə ABŞ və Avropa İttifaqı (Aİ) arasında danışıqlar noyabrın 27-29-da Qətərin paytaxtı Dohada keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə “Taliban” nümayəndələri “Twitter”də yazıb.
Qeyd olunub ki, görüşlər zamanı bir sıra siyasi məsələlər, humanitar yardım, Əfqanıstanın bank ehtiyatlarının buraxılması, təhsil və səviyyə ilə bağlı məsələlər müzakirə olunacaq.
Xatırladaq ki, “Taliban” hərəkatı avqustun ortalarında Əfqanıstanda hakimiyyəti tam ələ keçirmişdi.