İbrahim Rəisinin Taliban hökumətini Hirmənd çayının axınını dəyişdirməkdə günahlandırması yanlış məlumatlara əsaslanan yersiz bəyanatdır.
AzerTimes xəbər verir ki, bu sözləri Taliban hökumətinin rəsmisi Zəbiullah Mücahid İran prezidentinin xəbərdarlığına münasibət bildirərkən deyib.
O, İbrahim Rəisinin bəyanatını “nalayiq çıxış” adlandırıb:
“Bu, münasibətlərə zərbə vura bilər və bir daha təkrar olunmamalıdır”, – o deyib.
Qeyd edək ki, mayın 18-i Rəisi Talibanın Hirmənd çayının qarşısını kəsərək Sistan və Bəlucistanın su payını vermədiyini bildirmişdi.