Əfqanıstanın Nanqarhar əyalətinin hakimiyyət orqanları qadınların kişilərin müşayiəti olmadan vilayətin bir neçə bölgəsindəki tibb müəssisələrinə getməsinə qadağa qoyub.
AzerTimes xəbər verir ki, bu barədə Əfqanıstanın mediası məlumat yayıb.
Müvafiq qərar Nanqarharın doqquz rayonunda qüvvəyə minib. Sənədi məscidlərin imamları da qəbul edib və onlar məlumatı sakinlərə yayacaqlar.
Bundan əvvəl noyabrın 10-da Taliban hökuməti qadınların Əfqanıstan paytaxtında ictimai parklara girişini qadağan edib.