Taliban tərəfindən atılan atəş nəticəsində yaralanan və Caihun bölgəsindəki mərkəzi xəstəxanaya yerləşdirilən iki Əfqanıstan əsgəri vətənlərinə qaytarılıb.
AzerTimes Tacikistan KİV-lərinə istinadən xəbər verir ki, xəstəxananın baş həkimi Muhammadi Akhoyev hadisədən sonra yaralı əsgərlərə təcili yardım göstərdiklərini və sonra xəstəxanaya apardıqlarını deyib: “Onları hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verdik, səhhətləri yaxşıdır.
Qeyd edək ki, Tacikistan-Əfqanıstan sərhədi müvəqqəti olaraq bağlıdır və sərhəddən keçmək qadağandır.
Əfqanıstanda dörd sərhəd bölgəsində hökumət qüvvələri ilə radikal Taliban hərəkatının silahlıları arasında şiddətli döyüşlər gedir. Səkkiz rayon və iki sərhəd zastavası silahlıların nəzarətinə keçib.
DKNB-nin verdiyi məlumata görə, 21 iyun tarixində bir Taliban qruplaşması Kunduz vilayətindəki Şerxan Bəndər keçid məntəqəsinə hücum edib. Əfqan əsgərlərinin (yaralı, öldürülən və ya əsir götürülmüş) ümumi sayı 100 nəfərə çatıb. Digər 134 nəfər isə 22 iyun tarixindəki şiddətli döyüşlərdən sonra Panj keçid məntəqəsindən keçərək Tacikistan ərazisinə qaçıb.