“Taliban” xarici vətəndaşlara Əfqanıstanı tərk etməyə icazə verib

Xəbər - Orxan Nəbiyev – Trend:

“Taliban” hərəkatı 200 ABŞ vətəndaşına, eləcə də bir sıra digər ölkə vətəndaşlarına Əfqanıstanı tərk etməyə icazə verib.

Trend-in məlumatına görə, bu barədə “Reuters” agentliyi bildirib.

Qeyd olunur ki, amerikalılar və Avropa ölkələrinin pasportlarına malik vətəndaşlar bu gün çarter reysləri ilə Əfqanıstanı tərk edə bilər.


Xatırladaq ki, “Taliban” hərəkatı avqustun ortalarında Əfqanıstanda hakimiyyəti ələ keçirmişdi. Ölkədə olan xarici vətəndaşların təxliyəsi üçün avqustun 31-ə kimi vaxt verilmişdi.