Bakl. Trend:
Taliban Kabildəki xarici diplomatik nümayəndəliklərin nümayəndələri üçün ziyafət və şam yeməyi təşkil edib.
Trend TASS -a istinadən xəbər verir ki, bu barədə radikalların nümayəndəsi Zabihullah Mücahid öz “Twitter” səhifəsində məlumat verib.
Tədbirdə Rusiya səfiri Dmitri Jirnov, Pakistan diplomatik nümayəndəliklərinin rəhbərləri Mansur Ahmad Khan, Özbəkistanınki Yodgorhuja Shadmanov və başqaları iştirak ediblər.
“Vacib siyasi dəyişikliklər dövründə də işinizə davam etməyiniz Əfqanıstanda təhlükəsizlik vəziyyətinin sabit olduğunu göstərir, bunun məsuliyyəti yeni hökumətin üzərinə düşür. Əfqanıstan xalqına humanitar yardım edən və Nazirlər kabinetimizlə əməkdaşlıq etmək niyyətində olan bütün dövlətlərə təşəkkür edirik”, – Z.Mucahid deyib.
Görüşdə, həmçinin, müvəqqəti hökumətin sədr müavini təyin edilən Molla Əbdül Qani Baradar da daxil olmaqla, Taliban rəhbərliyinin nümayəndələri də iştirak ediblər.