Xəbər - Orxan Nəbiyev – Trend:
“Taliban” hərəkatı Əfqanıstanın şərqində nəzarəti ələ keçirdiyi Paktiya əyalətində koronavirusa qarşı vaksinasiyanı qadağan edib.
AzerTimes-ın məlumatına görə, bu barədə əyalətin səhiyyə departamentinin rəhbəri Vilayət Xan Əhmədzay deyib.
O bildirib ki, “Taliban” ötən həftə Paktiyanı ələ keçirəndən sonra regional xəstəxanada peyvəndlənmə prosesi dayandırılıb.
Qeyd olunur ki, vaksinasiya şöbəsi bağlanıb, sakinlərə isə peyvəndin qadağan olunduğu bildirilir.