Taliban Əfqanıstana qaz, dizel yanacağı və buğda tədarükü ilə bağlı Rusiya ilə razılığa gəlib.
AzerTimes xəbər verir ki, bu barədə Əfqanıstanın sənaye və ticarət naziri Nuriddin Əzizi deyib.
“Əfqanıstan Rusiya ilə hər il 500 min ton mayeləşdirilmiş təbii qaz, bir milyon ton benzin, bir milyon ton dizel yanacağı və iki milyon ton buğda tədarük etmək üçün ticarət müqaviləsi bağlayıb”, – Əzizi bildirib.