Taliban Qərbin Əfqanıstanda insan haqlarının pozulması iddialarını əsassız hesab edir

Taliban “G7” liderlərinin Əfqanıstanda insan haqlarına hörmət edilməsinin vacibliyi ilə bağlı bəyanatını tənqid edib.

AzerTimes-ın “TASS” istinadən verdiyi məlumata görə, bu barədə hərəkatın Siyasi bürosunun nümayəndəsi Məhəmməd Naim Beyrutdan yayımlanan “Al Mayadeen” telekanalına bildirib.

“Qərbdən bu cür xəbərdarlıqlar Taliban üçün yeni bir şey deyil. Biz 20 ildən çoxdur ki, Qərb mediasının hədəfindəyik və insan haqları pozuntuları ilə bağlı xəbərlərin necə hazırlandığını yaxşı bilirik”, – M.Naim deyib.


Nümayəndə Talibanın əleyhdarlarına qarşı törətdikləri qisas və zülm barədə hüquq müdafiəçiləri tərəfindən səsləndirilən ittihamları “boş və əsassız” adlandırıb: “Edamlar haqqında söhbətlər reallığa uyğun gəlmir”.

Teqlər: