Taliban nümayəndəsi “Reuters”i məlumatları düzgün çatdırmamaqda günahlandırır

Taliban nümayəndəsi Zabihullah Mücahid “Reuters”in onun sözlərini təhrif etdiyini bildirib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə nümayəndə “Twitter” səhifəsində yazıb.

“Reuters” xəbər agentliyi məndən müsahibə alıb və sözlərimi təhrif edib. Kütləvi informasiya vasitələrindən və jurnalistlərdən buna fikir verməmələrini xahiş edirik”, – Mücahid bildirib.


Daha əvvəl, agentliyin məlumatına əsasən, nümayəndə Talibanın həftə ərzində ölkənin yeni hökumətinin tərkibini açıqlaya biləcəyini söyləyib. Bundan əlavə, o, ABŞ-ın Əfqanıstan ərazisində pilotsuz uçuş aparatlarının istifadəsi ilə əməliyyatlar barədə Taliban rəhbərliyini xəbərdar etməli olduqlarını vurğulayıb. Eyni zamanda, agentliyin xəbər verdiyi kimi, hərəkatın nümayəndəsi ABŞ, Böyük Britaniya və digər qərb ölkələrini Əfqanıstanla diplomatik əlaqələr saxlamağa çağırıb.

Teqlər: