Taliban hərəkatının nümayəndə heyəti humanitar məsələləri müzakirə etmək üçün İsveçrəyə gəlib.
Trend xəbər verir ki, bunu RTS televiziyasına müsahibəsində nümayəndə heyətini dəvət edən Geneva Call qeyri-hökumət təşkilatının icraçı direktoru Alain Deletro bildirib.
O qeyd edib ki, Geneva Call bir neçə ildir ki, Talibanla sırf humanitar məsələlərlə bağlı əlaqə saxlayır və bu cür təmasların məqsədi Əfqanıstanda humanitar hüquqa hörməti təşviq etməkdir.
Eyni zamanda, təşkilat piyada əleyhinə minalar probleminin, əhalinin sağlamlıq problemlərinin həllinə prioritet diqqət yetirir.