Taliban Məhərrəmliklə bağlı bu mərasimlərə qadağa qoydu

Taliban Məhərrəmliklə bağlı bu mərasimlərə qadağa qoydu

Taliban hökuməti Məhərrəm ayında İransayağı əzadarlıq mərasimlərinin keçirilməsinə qadağa qoyub.

AzerTimes xəbər verir ki, bu barədə Əfqanıstan mediası məlumat dərc edib.

Bundan sonra dini və əzadarlıq mərasimlərinin yalnız məscidlərdə keçiriləcəyi, ictimai yerlərdə dini bayraqların qaldırılması, sinə və zəncir vurulması kimi İransayağı əzadarlıq mərasimlərinin qadağan edildiyi bildirilib.

İran tərəfi bu qadağaya görə Taliban hökumətini “islam düşməni” adlandırıb. Tehran rejiminin bu yanaşması isə iranlı sosial media istifadəçilərinin istehzasına səbəb olub.

Teqlər: