Əfqanıstanın paytaxtı Kabildə Taliban xüsusi təyinatlıları İŞİD birləşmələrindən ibarət qrupa qarşı əməliyyat keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Talibanın rəsmi nümayəndəsi Məhəmməd Naim məlumat yayıb.
“Onların mövqelərindən biri Kabilin səkkizinci rayonunda aşkar edilib. Döyüşçülərdən üçü isə həbs olunub. Əməliyyat nəticəsində 6 yaraqlı isə öldürülüb. Onlardan silahlar, əl qumbaraları, partlayıcı qurğular və bir avtomobil ələ keçirilib. Məhv edilənlər bu yaxınlarda şəhərdə məscid və təhsil müəssisəsində törədilən terror aktlarında iştirak ediblər”, – o bildirib.