Xəbər - Trend:
Taliban, törədilən terror aktı səbəbiylə böyük bir kütlənin toplaşmasının qarşısını almaq üçün Kabil hava limanına əlavə qüvvələr göndərib.
AzerTimes-ın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə AP agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, yeni keçid-yoxlama məntəqələri hava limanına gedən yollarda yerləşib. Bəzi nəzarət məntəqələrində Talibanın, Əfqanıstan silahlı qüvvələrinə məxsus Humvees yolsuzluq avtomobillərini və gecə görmə gözlüklərini ələ keçirilib.
Agentliyə görə, nəticədə, Taliban döyüşçüləri tərəfindən ölkədə hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstanı tərk etmək ümidi ilə son iki həftə ərzində böyük izdihamın toplandığı ərazilər boşaldılıb.