Taliban: İsveç üzr istəyənə qədər…

Taliban: İsveç üzr istəyənə qədər…

İsveçin Əfqanıstandakı nümayəndəliklərinin işi İsveç hakimiyyəti Quranın təhqirinə görə üzr istəyənə qədər dayandırılır.

AzerTimes xəbər verir ki, bu barədə “Taliban” hərəkatının nümayəndəsi Zəbiullah Mücahid deyib.

“İsveçdə Qurani-Kərimin və müsəlman inancının təhqir olunmasından sonra Əfqanıstan İslam Əmirliyi bu iyrənc hərəkətə görə müsəlmanlardan üzr istəyənə qədər İsveçin Əfqanıstandakı fəaliyyətini dayandırır”, – o bildirib.

Qeyd edək ki, iyunun 28-də İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Stokholmun mərkəzindəki məscid yaxınlığında Quran yandırmaq aksiyası keçirib.

Teqlər: