“Taliban” hərəkatı Dohada Avropa İttifaqı nümayəndələri ilə görüşməyi planlaşdırdığını açıqlayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Qərb KİV-ləri Xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Muttakiyə istinadən bildiriblər.
Nazir qeyd edib: “Sabah Avropa nümayəndələri ilə görüşəcəyik. Biz başqa ölkələrin nümayəndələri ilə konstruktiv görüşlər keçiririk”.
Qeyd edək ki, Taliban həftə sonu Dohada ABŞ rəsmiləri ilə görüş keçirib.