Xəbər - Orxan Nəbiyev – Trend:
Əfqanıstanda “Taliban” hərəkatı ölkənin sabiq prezidenti Həmid Karzayı və Milli barışıq üzrə Ali Şuranın rəhbəri Abdulla Abdullanı ev həbsinə məhkum edib.
AzerTimes-ın məlumatına görə, sabiq prezidentin avtomobili və onun cangüdənlərinin silahları müsadirə olunub.
Hazırda hər iki şəxs A.Abdullanın evində yerləşdirilib.
Qeyd edək ki, avqustun 15-dən etibarən “Taliban” paytaxt Kabil üzərində nəzarəti ələ keçirib. Həmin gün ölkə prezidenti Əşrəf Qani istefa verərək ölkəni tərk edib.