“Taliban” hərəkatı yaxın zamanda Əfqanıstanı İslam Əmirliyi elan etmək niyyətindədir.
Trend xəbər verir ki, bu barədə “Associated Press” agentliyinə taliblərin nümayəndəsi məlumat verib.
Digər təfərrüatlar barədə məlumat verilmir.
Xatırladaq ki, “Taliban” bu gün Əfqanıstanın paytaxtı Kabulu döyüşsüz ələ keçirib. Prezident Əşrəf Qani ölkəni tərk edib və hazırda Tacikistanda olduğu ehtimal edilir.