“Taliban” hərakatının rəhbərliyi Əfqanıstanı idarə etmək üçün şura yaratmaq niyyətindədirlər. Şuraya onlar 12 nəfər, həmçinin ölkənin əvvəlki hökumətinin bəzi üzvlərini də daxil etmək istəyirlər.
AzerTimes-ın məlumatına görə, bu barədə “Foreign Policy” jurnalı hərəkatın liderlərinə yaxin mənəblərə istinadən bildirib.
Məlumata əsasən, şurada ən nüfuzlu üç şəxs “Taliban” siyasi qanadının lideri Əbdül Qani Baradar, hərəkatın qurucusu Molla Ömərin oğlu “Taliban” hərbi komissiyasının rəhbəri Moulavi Yaqub və səhra komandiri və “Haqqani Şəbəkəsi” təxribat qrupunun lideri Sirajuddin Haqqani olmalıdır.
Qeyd olunub ki, “Taliban” Əfqanıstanda prezident və ya hər hansı digər vahid lider postunu bərpa etmək istəmir. Bundan əlavə, əvvəlki hökumət üzvlərindən bəzilərinə onların seçiminə əsasən yeni kabinetdə nazir vəzifələrini təklif etmək niyyətindədirlər.