Radikal Taliban hərəkatı Əfqanıstandakı mövqelərini 2001-ci ildən indiyədək olmadığı qədər möhkəmləndirib.
Trend TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Vilyam Berns Milli ictimai radiosuna verdiyi müsahibə verərkən deyib.
“Taliban mühüm hərbi uğurlar əldə edir. Yəqin ki onlar 2001-ci ildən bəri ən güclü hərbi mövqedədirlər”, – Berns bildirib.