“Taliban” hərəkatının ali lideri Heybətullah Axundzadə
Əfqanıstanda qadınların üzünü örtmədən küçəyə çıxmağı qadağan edən
fərman imzalayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “Al Jazeera” telekanalı
xəbər verib.
Fərmanda deyilib ki, qadınlardan burqanın (müsəlman qadının
bədəni və üzünü örtən üst paltarı) “ənənəvi və hörmətli olduğu
üçün” geyinmələri tələb olunur.