Əfqanıstanda hakimiyyətə gələn “Taliban” hərəkatının qurduğu
yeni hökumət Böyük Britaniyanın “BBC” telekorporasiyasına ölkədə
qadağa tətbiq edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Əfqanıstanın “TOLO News”
telekanalı xəbər yayıb.
Məlumata əsasən, “Taliban” hökuməti ölkədə “BBC Pashto TV”nin
yayımını qadağan edib.
Bildirilir ki, telekanalın nümayəndəliyində sözügedən qadağanın
tətbiq edildiyini təsdiq ediblər.