“Taliban” Əfqanıstan sərhədlərinin 90 faizinə nəzarət edir

Xəbər - Orxan Nəbiyev – Trend:

“Taliban” hərəkatı Əfqanıstan sərhədlərinin 90 faizinə nəzarət edir.

AzerTimes-ın məlumatına görə, bunu “Taliban”ın nümayəndəsi Zabiullıa Mücahid bildirib.

O qeyd edib ki, təşkilat ölkənin Tacikistan, Özbəkistan, Türkmənistan və İranla sərhədlərin böyük hissəsinə nəzarət edir.


Qeyd edək ki, ABŞ və NATO qüvvələri Əfqanıstandan çıxmağa başlayandan sonra “Taliban” ölkədə bir neçə şəhər və əyalət üzərində nəzarəti ələ keçirib.