“Taliban” Əfqanıstan hökumətinə üç aylıq atəşkəs təklif edib

Xəbər - Orxan Nəbiyev – Trend:

“Taliban” hərəkatı Əfqanıstan hökumətinə müraciət edərək üç ay müddətində atəşkəs təklif edib.

AzerTimes-ın məlumatına görə, bunu Əfqanıstan hökumətinin “Taliban”la danışıqlar üzrə nümayəndə heyətinin üzvü Nader Naderi deyib.

Qeyd olunub ki, təşkilat atəşkəsi 7 min silahlının həbsdən azad edilməsi müqabilində təklif edir.


Bu gün Qətərin paytaxtı Dohada rəsmi Kabillə “Taliban” arasında danışıqların növbəti mərhələsi nəzərdə tutulub. Tərəflər arasında danışıqlar ötən ilin sentyabrından davam etdirilir.