Taliban ABŞ silahlı qüvvələrinin Əfqanıstanın paytaxtında törətdiyi raket hücumunu qınayıb.
Trend “TASS”a istinadən xəbər verir ki, bu barədə Taliban nümayəndəsi Bilal Kəriminin müvafiq bəyanatındadeyilir.
Kərimi ABŞ-ın “digər ölkədə əməliyyat keçirərək” respublikanın suverenliyini pozduğunu vurğulayıb. Onun fikrincə, amerikan rəhbərliyi niyyətləri barədə talibləri əvvəlcədən xəbərdar etməli idi.
Xatırladaq ki, ABŞ-ın hücumu nəticəsində bir yaşayış binası dağılıb, 7 nəfər dinc sakin həlak olub.