Bu gün taleyi müəyyən edilmiş və itkin düşmüş şəxs statusunu itirmiş eyniləşdirilməsi mümkün olmuş şəhidlərin dəfn mərasimləri qanunvericiliyin tələblərinə və dini adət-ənənələrimizə uyğun olaraq yaxın zamanda təşkil olunacaq.
AzerTimes xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O, bununla bağlı şəhid ailələrinə əlavə məlumat veriləcəyini də bildirib.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin adı açıqlanıb. Bunlardan 9 nəfəri hərbiçi, 1 nəfəri isə mülki şəxsdir: Seyfulla Veytulla oğlu Tahirov, Əbülfət Sabir oğlu Atamoğlanov, Təhsil Fikram oğlu Hacıyev, Vüqar Habil oğlu Əsədov, Əhməd Tahir oğlu Babaşov, Cahangir Məmi oğlu Xələfov, Cahid Şəfa oğlu Nağıyev, Elmar İnqilab oğlu Məmmədov, Veysəl Qasım oğlu Qasımov, Riad Fikrət oğlu Əhmədov.