Taleh Bağırzadə aclıq aksiyasını dayandırdı

Taleh Bağırzadə aclıq aksiyasını dayandırdı

“Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın həbsdə olan sədri Taleh Bağırzadə aclıq aksiyasını dayandırıb.

AzerTimes xəbər verir ki, bu barədə Trend-ə T.Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə məlumat verib.

O bildirib ki, T.Bağırzadə Qobustan həbsxanasında qida qəbul etməyə başlayıb.

T. Bağırzadə aclıq aksiyasına iyunun 3-də başlamışdı.

Xatırladaq ki, T.Bağırzadə 2015-ci il noyabrın 16-da Nardaran hadisələri zamanı törədilən iğtişaşların təşkilatçılığında təqsirləndirilərək həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 20 il azadlıqdan məhrum edilib.

Teqlər: