Taleb İrəvanda “şoka düşdü”: Təəssüf ki, Ağrı Türkiyədədir

Taleb İrəvanda “şoka düşdü”: Təəssüf ki, Ağrı Türkiyədədir

İqtisadi təhlilləri ilə tanınan Livan əsilli amerikalı professor Nassim Taleb Ermənistan ətrafında baş verən son hadisələrdən “şoka düşüb”.

AzerTimes xəbər verir ki, bu barədə o, erməni mediasına açıqlamasında deyib.

Taleb İrəvanda keçirdiyi mətbuat konfransında Ağrı dağının “Türkiyənin ərazisində olduğuna görə” təəssüfünü bildirib:

“Ermənistanın çox acınacaqlı tarixi var, ölkə Böyük Tiqranın dövründən bəri ərazilərini itirir”.

Onun sözlərinə görə, Ermənistan bütün tarixi boyu torpaq və ərazi itirib.

O, “vəziyyətdən çıxış yolunu” xalqın potensialının reallaşdırılması və çox güclü erməni diasporunda görüb.

Teqlər: