Bakıda taksidə qadına qarşı əxlaqsızlıq edilib.
AzerTimes Baku.vs-yə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında “20 Yanvar” dairəsi yaxınlığında baş verib.
“Manatlıq taksi”dən istifadə edən 21 yaşlı Ağayeva Gülnaz (ad şərtidir – red.) adlı xanım digər sərnişin tərəfindən cinsi qısnamaya məruz qalıb.
Qadın ağlayaraq baş verənləri lentə alıb. Taksidə başqa sərnişinlər də olublar və onlar hadisəyə məhəl qoymayıblar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən polis baş leytenantı Nurlan Əliyev bildirib ki, hadisədən xəbərdardırlar. Hazırda araşdırma aparılır. Həmin şəxs barəsində tədbir görüləcək.