Həm avtobus zolağına girənlər, həm də dayanma və durma qaydasını pozan şəxsləri cərimə gözləyir.
AzerTimes “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan şəxslər isə bu vəziyyətdən şikayətçi olduqlarını bildiriblər.
Artıq bununla bağlı cərimələnənlərin də olduğu vurğulanıb.
Nəqliyyat ekspertlərinin sözlərinə görə, taksilər də ictimai nəqliyyat hesab edildiyindən bu zolaqlardan istifadə etməlidir.
Məsələ ilə bağlı Dövlət Yol Polis İdarəsindən bildirilib ki, sürücü 1.5 nişanlanma xətti olan ərazidən istifadə edərək sərnişini mindirib düşürə bilər.
Qeyd edək ki, avtobus zolağına girən şəxslər 100 manat, dayanma durmanı pozan şəxslər isə 40 manat cərimə olunur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: