Takistanda etirazçılara atəş açıldı: ölən var

Takistanda etirazçılara atəş açıldı: ölən var

Qəzvin əyalətinin Takistan şəhərində keçirilən aksiyada etirazçılara atəş açılıb.

AzerTimes xəbər verir ki, bu barədə Takistan şəhərinin fərmandarının müavini Zəbiullah Bagiri məlumat verib.

O, atəş açanın “Almas xodro” avtomobil şirkətinə mənsub şəxs olduğunu və bir nəfərin öldüyünü, bir neçə nəfərin yaralandığını bildirib.

Qeyd edək ki, takistanlılar SEPAH-ın himayəsində olan “Almas xodro” avtomobil şirkətinin onların ödənişlərinə baxmayaraq, uzun illərdir avtomobilləri təhvil verməməsi səbəbindən etiraz aksiyası keçiriblər.

Bundan əvvəl bir neçə dəfə oxşar aksiya keçirilsə də, qəzvinlilərin nə avtomobilləri, nə də pulları qaytarılır.

Teqlər: