Tailandın Samutprakan əyalətində yerləşən zavodda güclü partlayış baş verib.
AzerTimes-ın məlumatəna görə, kimyəvi zavod penoplast istehsalı üzrə fəaliyyət göstərib.
Bildirilir ki, hadisə baş verən ərazidə 6 ambarda 50 tonn kimyəvi maddələr saxlanılıb. Partlayışdan sonra baş verən yanğın zavodu məhv edib. Hadisə nəticəsində 21 nəfər xəsarət alıb.
Yanğınla mübarizə üçün 30 yanğınsöndürən maşın cəlb edilib. 5 kilometr ətraf məsafədə yaşayan sakinlərə təkrar partlayışlardan ehtiyyatlanaraq təhliyyə göstərişi verilib.
Hadisənin səbəbi araşdırılır.