Tailandda gəmi qəzası: 18 nəfər öldü

Tailandda gəmi qəzası: 18 nəfər öldü

Tailandda “Sukhotai” hərbi gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

AzerTimes xəbər verir ki, bu barədə krallığın Hərbi Dəniz Qüvvələrinin məlumatında bildirilib.

Qəza zamanı daha 11 nəfərin itkin düşdüyü qeyd olunur.

Qeyd edilir ki, qəza zamanı gəmidə olan 105 dənizçinin 76-sı sağ qalıb, 18-i ölüb, onlardan yeddisinin şəxsiyyəti müəyyənləşib.

Xatırladaq ki, ABŞ-da inşa edilmiş, 1987-ci ildən indiyədək Tailand donanması tərəfindən istifadə olunan gəmi 19 dekabrda gecə saatlarında Siam körfəzinin sularında fırtına zamanı batıb.

Teqlər: