Ankarada səfərdə olan Türk Ağsaqqalları İctimai Birliyi (TAİB) nümayəndələri Avrasiya İqtisadi Əlaqələr Fondunun (EkoAvrasiya) İdarə Heyətinin sədri Hikmət Ərənlə görüşüb.
Bu haqda AzerTimes-a təşkilatdan məlumat verilib.
Hikmət Ərən təşkilatın mərkəzi ofisində keçirilən görüş zamanı qonaqlara həyata keçirilən fəaliyyət haqqında geniş məlumat verib.
Sədr təşkilatın Azərbaycanla geniş əlaqələr qurduğunu və bunu daha da inkişaf etdirmək niyyətində olduqlarını vurğulayıb. Ərən TAİB-in həmsədri Hulusi Kılıçın türk ölkələri arasında əlaqələrin inkişafı istiqamətində göstərdiyi fəallığa da diqqət çəkib, onun ümumtürk maraqlarına uyğun nümunəvi xidmət göstərdiyini vurğulayıb.
Görüşdə EkoAvrasiya Fondunun TAİB-in ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı keçirəcəyi “Heydər Əliyev -100” konfransına da öz dəstəyini göstərəcəyi bildirilib. Tədbirin sonunda TAİB-ə EkoAvrasiya Fondunun xüsusi təşəkkür plaketi təqdim olunub.