Qırğızıstanda səfərdə olan Türk Ağsaqqalları Birliyi – TAİB-in nümayəndə heyəti dünya şöhrətli qırğız yazıçı Çingiz Aytmatovun məzarını, Ata-Beyt Milli Tarix-Memorial Kompleksini və 1937-ci il repressiyalarının qurbanı olan Qırğızıstanın ictimai-siyasi xadimlərinə həsr olunmuş muzeyi ziyarət ediblər.
AzerTimes xəbər verir ki, kompleks 2000-ci ildə inşa edilib və həmçinin burada 2010-cu il ixtişaşlarında həlak olmuş şəxslər də dəfn olunub.
TAİB nümayəndələri yazıçı Ç.Aytmatovun məzarına güllər qoyub, onun ruhunu ehtiramla anıblar.
Qeyd edək ki, Çingiz Aytmatovun atası Torekul Aytmatov da 1938-ci ildə NKVD tərəfindən gizli şəkildə güllənib. Onun cəsədinin qalıqları yalnız 1990-cı ildə aşkar olunaraq Ata-Beyt Milli Tarix-Memorial Kompleksində basdırılıb.