Xalq rəssamı Tahir Salahovun qızı Alagöz Salahova bu gecə 70 yaşında dünyasını dəyişib.
AzerTimes xəbər verir ki, bu barədə onun oğlu Dan Sultanov məlumat yayıb.
O bildirib ki, anası 6 ay ərzində həm xaricdə, həm də Bakıdakı xəstəxanalarda müalicə alıb.
Qeyd edək ki, Alagöz Tahir Salahovun Vansetta Qarayaqubova ilə nikahından dünyaya gələn ikinci qızıdır.